Avtoritetlər arasında yeni müharibə başlayır - Varis davası

avtoritetler-arasinda-yeni-muharibe-baslayir-varis-davasi
Oxunma sayı: 717

Rusiyada Ded Xasanın səhmlərini bölüşdürə bilməyən “qanuni oğrular” yeni kriminal müharibəyə başlayıblar.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, münaqişəni başlayan tərəf Usoyanın qardaşı oğlu Mitri Çanturiya və bir vaxtlar onun yaxın tərəfdaşı olmuş Eduard Asatryandır.

Onların hər ikisi 2013-cü ilin yanvarında öldürülən Aslan Usoyanın, ilk olaraq da Krasnodar əyalətindəki aktivlərinə iddialarını irəli sürüblər. Artıq mart ayından başlayaraq onlar arasında açıq mübarizənin getdiyi deyilir. Çanturiya və Asatryanın klanı Moskvada yerləşən avtosevislərdən birində 100-dən çox “qanuni oğru”nun iştirakı ilə görüş təşkil ediblər.

Hüquq mühafizə orqanlarından olan mənbə bildirib ki, atışmanın da yaşandığı toqquşmada Çanturiyanın klanı qalib gəlib.
Artıq mübarizə aparan tərəflər bir-birilərini nüfuzdan salmaq və yeni müharibəyə başlamaq üçün əlavə qüvvələr toplayırlar.