“Avtoş” Bakıda qəza törətdi

avtos-bakida-qeza-toretdi
Oxunma sayı: 1633


Paytaxtın Nizami rayonunda qeydə alınan hadisə zamanı 3 minik avtomobilinin toqquşması zəncirvari qəzaya zəmin yaradıb. 20 yaşlı Məmmədov Tahir Tamerlan oğlu idarə etdiyi “Niva” maraklı minik avtomobilini Qara Qarayev prospektində yolun kənarında dayana “Opel” və “Mercedes” markalı digər avtomaşınlara çırpıb. 

Şahidlərin sözlərinə görə, qəzaya səbəb olan “Niva” daha sonra dəmir arakəsmələrə çırpılıb. Bu müddət ərzində isə maşında olan bir sərnişin yola düşüb. 

“Niva”nın zərbəsinə tuş gələn avtomobillər həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara məxsus olub. Həm zərərçəkən sürücülər, həm də hadisə şahidləri “Niva”nın yüksək sürətlə hərəkət etdiyini və başqa bir maşınla yarışdığını bildiriblər.

Hadisə vaxtı xəsarət alan “VAZ 2121”-in sürcüsü, maşında olan sərnişin 22 yaşlı Şamil Xanmirzəyev 3 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, sürücüyə ambulator yardım göstərilsə də, onun sərnişini travmatalogiya şöbəsində yerləşdirilib.

Faktla bağlı Nizami rayon polis idarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri bu araşdırmaların sonunda bəlli olacaq.

anspress