“Avtoş olsaydım, polislər tərəfindən cəzalandırılmışdım”

avtos-olsaydim-polisler-terefinden-cezalandirilmisdim
Oxunma sayı: 2082


“Qafqazinfo”nun məlumatına görə, ifaçı bu haqda sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, bu görüntülər iki il öncə Gürcüstanda çəkilib:

“Bu video iki il öncə “Facebook” səhifəmdə paylaşılıb və Bakıda yox, Gürcüstanda çəkilib. Sürətlə sürmək avtoşluq deyil, sürət həddini aşmaq deməkdir. Avtoş olsaydım, polislər tərəfindən cəzalandırlımışdım. Onu da demək istəyirəm ki, toyda oxumaq ayıb deyil.  Mən bununla qürurlanıram, halal zəhmətimlə qazanıram. Bəzi jurnalistlər kimi kiməsə şər-böhtan atıb evini yıxmıram. Sizi də qınamıram, jurnalistikanı bitirib bu sənətə gəlsəydiniz, belə olmazdı. Ərindən boşanan, evindən qaçan, çilingir işləyən, bankda kredit şöbəsində çalışana kimi hamı jurnalistikaya gəlib. Bu dəfə də sizin boş-boş yazmağınız alınmadı.”