Avtoşlara bəd xəbər

avtoslara-bed-xeber
Oxunma sayı: 677

Bunu SalamNews-a deputat Rəfael Cəbrayılov bildirib.

O deyib ki, bu məsələ parlamentin yaz sessiyasında Cinayət Məcəlləsinə ediləcək dəyişiklikdən sonra qüvvəyə minəcək. 2007-ci ildə dövlət başçısının İnzibatə Xətalar Məcəlləsinə avtoxuliqanlıqla bağlı 196-1 maddəsi daxil edildikdən sonra Cinayət Məcəlləsində boşluq yaranıb. Belə ki, avtoxuliqanla ehtiyatsızlıq edib avtoqəza törədən şəxsin cəzası Cimayət Məcəlləsində eynidir. Mövcud qanunvericiliyə əsasən, hər iki hal üçün - maksimum 10 ilədək cəza nəzərdə tutulur ki, bu da düzgün yanaşma deyil.

Onun sözlərinə görə, avtoxuliqanlıq nəticəsində törədilən qəza və digərindən fərqləndiyi üçün Cinayət Məcəlləsininin 221-ci maddəsinə axtoxuliqanlıqla bağlı əlavə bənd əlavə edilməlidir. Bu əlavədə də avtoxuliqanlıq nəticəsində cinayət törədən şəxsə ayrıca cəza tətbiqi öz əksini tapmalıdır və əgər dəyişiklik reallaşarsa, o zaman avtoxuliqanlıq nəticəsində qəza törədənləri 10 ildən 12 ilədək cəza gözləyəcək.

R.Cəbarılov vurğulayıb ki, indi Cinayət Məcəlləsinə dəyişiklik məsləsi aidiyyatı qurumlarla razılaşdırılıb və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclaslarında baxıldıqdan sonra parlamentin müzakirəsinə veriləcək.