Avtoşları internetdən izləyəcəyik

avtoslari-internetden-izleyeceyik
Oxunma sayı: 676

Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin facebook sosial şəbəkəsindəki ictimai səhifəsinin adminstratoru Samir Qocayev məlumat verib.

Qocayev bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Ictimai Səhifəsinin yaxın vaxtlarda istifadəyə veriləcək internet saytında (www.bsdypi.az və www.ypx.az) vətəndaşlar paytaxt küçələrindəki videokameralardan olan görüntüləri canlı izləyə biləcəklər.

Sayt üzərində son tamamlama işlərinin aparıldığını deyən Qocayev bildirib ki, saytda yaradılacaq sual-cavab bölməsində vətəndaşları maraqlandıran suallar online qaydasında cavablandırlacaq.

Saytda video kameralardan olan görüntülər, yol polisinin keçirdiyi reydlər, digər tədbirlər barədə məlumatlar və şəkillər, yol-nəqliyyat hadisələri barədə məlumatlar da yerləşdiriləcək.

Qocayev bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin facebookdakı sosial şəbəkəsindəki ictimai səhifəsində vətəndaşların yol-hərəkət qaydaları ilə bağlı ünvanladığı suallar tez-tez itdiyindən suallarını operativ cavablandırmaq mümkün olmurdu. Bu səbəbdən də səhifənin internet səhifəsinin yaradılması zəruri hesab olunub.

Sayt milli videoservis olan www.video.az tərəfindən hazırlanır.
Sayt yaxın günlərdə istifadəyə veriləcək.