“Avtoş”luğa görə həbs edildi - Foto

“Avtoş”luğa görə həbs edildi
Oxunma sayı: 1127

Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Astara şəhər sakini Vüsal Hüseynovun “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

Həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib və Astara Rayon Məhkəməsi tərəfindən 25 gün müddətində inzibati qaydada həbs edilib.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi