Avtoşluq edən Hafiz Hacıyevin qızıdır? - Yenilənib

avtosluq-eden-hafiz-haciyevin-qizidir
Oxunma sayı: 13576

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılıb.

"Qafqazinfo" Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib.

Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

***

H. Hacıyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur:

“Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç maşını da yoxdur. Kimsə mənə böhtan atır”.

Günel Türksoy