Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

avtovagzal-kassirle-bagli-ciddi-olcu-goturdu
Oxunma sayı: 2100

Bakı Beynəlxalq Avtovağzalı Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumun mətbuat katibi Pərvin Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərnişinə tam bilet satan kassirlə bağlı ciddi ölçü götürülüb. Sərnişindən ödədiyi artıq məbləği gəlib geri götürməsi xahiş edilib. 

“Əgər şikayət varsa və sərnişin haqlıdırsa, o məsələnin həllinə maksimum çalışırıq”, - deyə Məmmədova əlavə edib.