“AXC Azərbaycan tarixinin parlaq səhifəsidir” - Türkiyəli professor

axc-azerbaycan-tarixinin-parlaq-sehifesidir
Oxunma sayı: 1273

Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr edilmiş “Ey qəhrəman övladın şanlı Vətəni” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rəsmi şəxslər, təhsil işçiləri və xarici qonaqlar iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında danışıblar.

Anadolu Aydınlar Ocağının rəhbəri professoru İbrahim Öztək qeyd edib ki, AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Həmçinin, cümhuriyyətin xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdiyi vurğaulanıb.

Rəsmi hissə bitdikdən sonra tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam edib.