AXCP 9 rayonda toplandı

axcp-9-rayonda-toplandi
Oxunma sayı: 629

Partiyanın mətbuat xidmətinin məlumatına görə, ötən həftə 9 rayonda (Saatlı, Sabirabad, Oğuz, Beyləqan, Mingəçevir, Şəki, Yevlax, Kürdəmir, Tərtər Bərdə) yerli şöbənin məclisinin müşavirə xarakterli genişləndirilmiş iclasları keçirilib. Müşavirələrin hər birinə Mərkəzi Aparatdan da nümayəndələr (Gözəl Bayramlı, Asəf Quliyev, Fuad Qəhrəmanlı, Iradə Əliyeva, Nemət Əliyev, Natiq Ədilov və Təhməz Təhməzli) qatılıb. Toplantılarda rayonlardakı ictimai-siyasi durumla yanaşı, yerli əhalinin sosial vəziyyəti də müzakirə olunub. Partiya üzvlərinin üzərinə düşən taktiki və strateji vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, əyalətlərdə siyasi iş növbəti aylarda daha sıx şəkildə davam edəcək: “Biz ötən il Bakıdakı 11 şöbəmizi tam bərpa edə bildik. Hazırda bu şöbələr bütün parametrlər üzrə işgüzar ritmdədir. Əyalətlərdə isə vəziyyət daha ağırdır, orada insanlar siyasi həyatdan təcrid olunub. Keçirdiyimiz məclis və müşavirələr inamla deməyə əsas verir ki, qısa müddətdə biz bütün keçmiş əlaqələrimizi bərpa edəcəyik, təşkilatın sıralarına yeni qüvvələrin cəlb olunmasıyla ölkədə yeni xalq hərəkatına stimul verəcəyik”.

Azadliq.az