AXCP: “Bu cür namərd metoddan istifadəni şiddətlə qınayırıq”

axcp-bu-cur-namerd-metoddan-istifadeni-siddetle-qinayiriq
Oxunma sayı: 639

AXCP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, partiyanın iki fəalı - Asəf Quliyev (partiya sədrinin müavini) və Kəmalə Xəlilova (AXCP Nizami rayon şöbəsində Qadınlar şurasının sədri) siyasi fəaliyyətlərinə görə təhdid olunurlar: “Bir gün öncə Asəf Quliyevə Naxçıvan Muxtar Respublikası rəhbərliyi siyasi fəaliyyətinə son qoymaq barədə sifariş göndərib və bildirilib ki bu edilməsə onu hərbi xidmətə yollanan oğlu vasitəsi ilə cəzalandırılacaq.

Asəf Quliyevin oğlu Turqut ötən gün hərbi xidmətə yollanıb və onun təhlükəsizliyi bu səbəbdən ciddi təhlükə altındadır. AXCP siyasi rəqiblərə qarşı bu cür namərd və yaramaz metoddan istifadəni şiddətlə qınayır və Müdafiə Nazirliyini dərhal tədbir görməyə səsləyir.

Partiyanın Nizami şöbəsinin fəalı Kəmalə Xəlilovaya da bir neçə gündür təhdid zəngləri, internetdən hədələyici məktublar gəlir. Konkret şəxslər K. Xəlilovanı izləməklə məşğuldurlar. Ona açıq formada AXCP-nın siyasi kursunu təbliğ etdiyinə görə “dilinin qoparılması” vəd olunub.

AXCP bəyan edir ki, siyasi düşüncəsinin fərqliliyinə görə insanların təhdid olunması yolverilməzdir bu qanuna zidd fəaliyyətdir. Hakimiyyətə xatırlatma edir ki, vətəndaşların təhlükəsizliyinə təminat vermək onun birbaşa vəzifəsidir, eləcə də normal siyasi fəaliyyət imkanı yaratmaq da hakimiyyətin öhdəliyidir.

AXCP hər iki təhdid hallarının araşdırılmasını tələb etməklə bir daha bəyan edir ki, hər iki şəxslə bağlı baş verəcək istənilən xoşagəlməz hadisəyə görə İlham Əliyev məsuliyyət daşayacaq”.

Sədan