AXCP-də yeni təyinat

axcp-de-yeni-teyinat
Oxunma sayı: 651


Fəhmin Hacıyev 1959-cu ildə Ucar rayonunda doğulub. Sovet İttifaqından müstəqilliyi əldə etmək üçün ölkənin apardığı mübarizədə əsas rollardan birini oynamış təşkilatın — Xalq Cəbhəsinin fəal üzvü olub. AXC-də hərbi çağırış üzrə komissiyasıya qurucuquluq və sədrlik edib.

1990-ci ilin yanvar faciəsindən sonra tutularaq 9 ay (Lefortofo və Bayılda) həbsdə saxlanılıb.

1992-ci ilin yanvarında AXC-nin təqdimatı ilə Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavin təyinatı edilib. Az sonra Daşaltı əməliyyatının uğursuz olduğuna görə o, bu vəzifədən istefa verib. Həmin ilin aprelindən Müdafiə nazirliyində müxtəlif vəzifələrə irəli çəkilən F.Hacıyev 1992-ci ilin mayından 1993-cü ilin iyununa – Əbülfəz Elçibəyin hakimiyyəti devrilənə qədər isə Daxili Qoşunların komandanı olub. Bir il Türkiyədə mühacirətdə yaşadıqdan sonra F. Hacıyev Azərbaycandan siyasi sifarişlər həbs olunur, 2004-cü ilə qədər həbsdə qalır.

Avropa İnsan Haqları Məhkəməsi ilk dəfə Azərbaycana qarşı onun “iş”inə görə qərar çıxardıb.

Həbsdən çıxdıqdan sonra Fəhmin Hacıyev “Müsavat” partiyasında siyasi fəaliyətini davam etdirib. 2005-ci ildə “Azadlıq” blokunun seçki qərargahına katiblik edib. Seçkidən 3 ay sonra Türkiyə gedərək orda və Ukaynada mühacir həyatı yaşayıb.