AXCP hökumətin addımını şiddətlə qınadı

axcp-hokumetin-addimini-siddetle-qinadi-
Oxunma sayı: 639

“Qiymət artımları içərisində vətəndaşlarımızın daha çox önəm verdiyi və ictimai nəqliyyat növü kimi istifadəçisi olduğu metropolitendə qiymətlərin 30% artması daha çox narahat edir. Çünki, bu daha çox əhali qruplarını olduqca çətin vəziyyətə salacaq. Belə ki, daha çox metropoliten xidmətindən istifadə edənlərin əlavə olaraq xərclərinin artmasına və sosial baxımdan müdafiəsi zəif olan təbəqənin maraqlarına ciddi zərbə hesab edir”.

Partiya bəyanatında vurğulayır ki, bu qiymət artımı neftlə zəngin ölkəylə ziddiyyət yaradır: “Daimi olaraq büdcənin sosialyönümlü olması ilə fəxarət duyan hökumətin bu addımı sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşan vətəndaşlarımızın həyatına olan biganə münasibətinin ifadəsidir.
AXCP hökumətin bu addımın şiddətlə qınayır və vətəndaşlarımıza isə belə iqtisadi baxımdan əsaslandırılmayan qərarlara etiraz etməyə çağırır”.
Fatimə Kərimli