AXCP iclasını Gürcüstanda keçirdi

axcp-iclasini-gurcustanda-kecirdi
Oxunma sayı: 695

“Qafqazinfo” xəbər verir ki, bu barədə partiya sədri Əli Kərimli sosial şəbəkələrdə məlumat yayıb. Məlumata görə, rayon təşkilatının Ağstafada iclas keçirməsinə imkan verilməyib. Buna görə də, Ağstafa şöbəsi öz müşavirəsini qonşu Gürcüstanda keçirib: “İclas etmək üçün başqa çarələri qalmayıb. Pasportu olan cəbhəçilər məcbur olub sərhəddi keçib, qonşu ölkənin ərazisində partiya iclaslarını keçiriblər. Bir neçə aydır ki, Ağstafa cəbhəçiləri rayon ərazisində iclas keçirmək istəyirdilər. Lakin polis dövlətinin güc strukturları onların, hətta ucqar kəndlərdə, cəbhəçilərin öz evlərində də toplanmasına imkan vermirdilər”.