AXCP Nemət Pənahlı ilə bağlı bəyanat yaydı

axcp-nemet-penahli-ile-bagli-beyanat-yaydi-
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, partiyanın bəyanatında iddia edilir ki, Nemət Pənahlı hakimiyyət əleyhinə verdiyi sərt müsahibələrdən və yazdığı məqalələrdən sonra siyasi sifarişlə həbs olunub. Məhkəmə qurama ittihamlarla onu ötən ay 6 il azadlıqdan məhkum edib: “Bununla kifayətlənməyən siyasi rejim, Pənahlının ailə üzvlərini də rahat buraxmır, onlara qarşı maddi sanksiyalar həyata keçirir. Ötən gün isə ailəsi Nemət Pənahlının həbsxanada ölüm təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Ailənin qənaətinə görə hakimiyyət Nemət Pənahlını susdurmaq üçün həbsdə həyatına son qoymaq niyyətindədir. Ailə artıq mühacirətə getmək barədə qərar vermək məcburiyyətində qalıb”.

AXCP baş verənləri repressiya, dövlətin öz vətəndaşına divan tutmaq cəhdi kimi dəyərləndirib. AXCP hakimiyyətə vətəndaşların söz, fikir və yaşamaq hüququna hörmət göstərilməsinin vacibliyini xatırladaraq, Nemət Pənahlı və onun ailəsinə qarşı repressiyasının dərhal dayandırılmasını tələb edib.

Fatimə Kərimli