AXCP-nin üzvünün məhkəməsi olub

axcp-nin-uzvunun-mehkemesi-olub
Oxunma sayı: 658

Bu barədə “Zerkalo”ya Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı müxbiri, eyni zamanda hüquq müdafiəçisi Elman Abbasov məlumat verib. Onun sözlərinə görə, prosesdə Dövlət ittihamçısı Muxtar Respublika Prokurorluğunun İttiham Şöbəsinin rəisi Əli Əliyev iştirak edib. Z. Bağırzadənin vəkili Əsabəli Mustafayevin isə prosesdə iştirak edə bilməyib. Müdafiəçi qismində Naxçıvan Hüquq Məsləhətxanasının sədri, vəkil Ələkbər Cəfərov iştirak edib.

E.Abbasov bildirdi ki, prosesdə Z. Bağırzadə həbs qəti imkan tədbirinin ev dustaqlığı və ya Muxtar Respublikanı tərk etməmək haqqında iltizamla əvəz olunması, cinayət işinin ibtidai istintaqa qaytarılması və prosessual normaları pozduğuna görə istintaqı aparan prokuror İlqar Əsgərov haqda xüsusi qərar çıxarılması, açılmış cinayət işinə xitam verilməsi, məhkəmə prosesində audio və video çəkilişin aparılması, səhhətindəki problemlərlə bağlı xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəsatətlər qaldırıb. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

Proses zaman Z. Bağırzadə saxlanma şəraitindən gileylənib və həbs olunan zaman prokurorluqda və MTN-də işgəncəyə məruz qaldığını, izahatı alınarkən ona təzyiqlər olunduğunu, səhhətində ciddi problemlərin yarandığını, fevralın 8-də səhhətindəki problemlərin şiddətləndiyini, hətta huşunu itirərək özündən getdiyini və həkimlərin müdaxiləsindən sonra ayıldığını bildirib.
Məhkəmə 29 fevral 2012-ci il tarixə saat 10.00-da davam edəcək.
Xatırladaq ki, dekabrın 26-da Naxçıvan şəhər Məhkəməsində hakim Mehman Dünyamaliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində AXCP fəalı Zeynalabdin Bağırzadə haqqında AR CM-in 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəm), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Məhkəmə proses Naxçıvan Muxtar Respublikası baş Prokurorunun təqdimatı əsasında keçirilib. O saxta Çernobıl əlili kimi 26 il müddətində pensiya almaqda ittiham olunur.