AXCP seçimini etdi

axcp-secimini-etdi
Oxunma sayı: 657

Icra hakimiyyətinin cavabında AXCP-nin 22 illiyinin qeyd edilməsinə heç bir etiraz edilmədiyi bildirilir və tədbir üçün yer seçilməsi təklif olunur. AXCP isə tədbiri “Təbriz” kinoteatrında keçirməyi planlaşıdırır.

AXCP sədrinin müavini Nurəddin Məmmədli iyulun 9-da mülkiyyətin sahibi ilə tədbirin keçirilməsi üçün danışıq apardıqlarını bildirib. N.Məmmədlinin sözlərinə görə, “Təbriz”in sahibi Nizami rayon icra hakimiyyətinin razılığı olmadan müqavilə bağlamağın, orda tədbir keçirməyin mümkünsüz olduğunu deyib. Bununla əlaqədar partiya nümayəndələri Nizami rayon icra hakimiyyətinin müavini ilə görüşüb. İcra başçısının müavini bu barədə icra başçısını məlumatlandıracaqlarını, daha sonra nəticə ilə bağlı «Təbriz» kinoteatrının rəhbərliyinə məlumat veriləcəyini deyib. Günün ikinci yarısında Nizami rayonu icra hakimiyyətindən razılıq cavabı gəlib və «Təbriz» kinoteatrı rəhbərliyinə AXCP ilə müqavilə bağlamağa razılıq verilib. Beləliklə, partiyanın 22 illiyi ilə bağlı tədbirinin «Təbriz» kinoteatrında keçiriləcəyi dəqiqləşib.