AXCP sədri ABŞ diplomatı ilə görüşdü

axcp-sedri-abs-diplomati-ile-gorusdu
Oxunma sayı: 670

Görüşdə 2011-ci ilin yekunları ilə yanaşı 2012-ci il ilə bağlı AXCP və İctimai Palatanın planları müzakirə predmeti olub.

Bu barədə qəzetimizə məlumat verən Ə.Kərimli bildirdi ki, görüşdə ölkədə siyasi, iqtisadi, demokratik islahatların dəstəklənməsi üçün ABŞ-ın mövqeyinin nədən ibarət olduğu barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda ABŞ-Azərbaycan münasibətləri, ölkədəki mövcud ictimai-siyasi vəziyyət, demokratiyaya olan basqılar da diqqət mərkəzində olub. «Bugünlərdə Avropa İnsan Haqları Məhkəməsinin 2005-ci ildə deputat seçilməyimlə bağlı verdiyi qərar, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı məsələlər də müzakirə mövzusu oldu. Qərara gəldik ki, müzakirələr gələcəkdə də davam etdirilsin. Bugünlərdə ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmiləri Bakıya gələcək və müxalifətlə bu məsləhətləşmələr davam etdiriləcək».

azadliq.info