AXCP taksi sürücülərini dəstəklədi

axcp-taksi-suruculerini-destekledi
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, partiya ölkədə şəxsi avtomobili ilə 10 mindən çox taksi xidməti göstərən vətəndaşa qarşı bu davranışı “Evrovision” yarışması zamanı Bakının müasir görünməsi xatirinə dekorativ dəyişiklik kimi qiymətləndirib: “
Ölkədə nəqliyyat “siyasəti” hələ bizə kiçik tutumlu avtobusların nisbətən böyük tutumlu avtobuslarla əvəzlənməsi zamanı müşahidə edilib. Nəqliyyat nazirliyinə həm büdcə xərclərinin bölüşdürülməsi zamanı, həmdə xarici kreditlər hesabına həyata keçirdiyi layihələrin məbləği əvvəlki illərdə 100 milyonlarla ölçülürdüsə, indi bu rəqəm milyardlarla ölçülür. 2012-ci ilin büdcə xərcləmələrində investisiya xərcləri 7,5 milyard manat müəyyənləşdirildiyi halda, bunun 2 milyard manatı nəqliyyat sistemindəki layihələrə sərf olunacaq. İl-ildən artan bu xərclər sonda bu sistemi daha da əlçatmaz etməklə bərabər, bu sektorda həmdə keyfiyyətsiz xidməti daha artırır, həmdə böyük korrupsiya mənbəyinə çevririr”.

AXCP onu da qeyd edib ki, «Taksı əməliyyatı»nın arxasında da bu biznesin məlum ailəyə və ona yaxın çevrəyə rəsmiləşdirilməsi üçün həyata keçirilir: “Bu maraq davası gündəlik yaşayışı taksi xidmətindən asılı olan işsiz müəllimlərin, həkimlərin əllərindən bu imkanlar da alınacaq. Bu isə işsizlər ordusunun daha da artmasına və ölkədə sosial gərginliyin daha fərqli fazaya daxil olmasını şərtləndirəcək”.

AXCP bəyan edib ki, hüquqları kopudcasına tapdanan vətəndaşlarımızın yanında olacaq və onların sosial hüquqlarının qorunması üçün təsirli tədbirlərin görünməsi üçün dəstək kompaniyasına başlayacaq.