AXCP üzvünün həbsi ilə bağlı rəsmi açıqlama

axcp-uzvunun-hebsi-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 634

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Daşqın Məlikovdan 1,49 qram tiryək və 1 ədəd saxta 100 manatlıq əsginas götürülüb.

Daşqın Məlikov barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daşqın Məlikov AXCP Sumqayıt şəhər təşkilatının üzvüdür.