“Axı bu, bizim məqsədlərimizdən biridir”

“Axı bu, bizim məqsədlərimizdən biridir”
Oxunma sayı: 159

- Oyun xoşunuza gəldi?
- Mənə elə gəlir ki, gözəl final alındı. Hər iki komanda tam gücü ilə oynadı. Ajiotaj yüksək idi. Şadam ki, oyuna çoxlu azarkeş gəlmişdi. Axı bu, bizim məqsədlərimizdən biridir. Penaltilər seriyası bu görüşə xüsusilik verdi. Hər iki komandanı gözəl oyun münasibəti ilə təbrik edirəm.

- Avrokuboklarda Azərbaycanı “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “AZAL” təmsil edəcək. Hansı komandadan daha çox uğur gözləyirsiniz?

- Biz hamısına azarkeşlik edəcəyik. Uşaqlar azarkeşləri sevindirməlidirlər. Əminəm ki, bu mövsüm Azərbaycan azarkeşi sevimlilərinin avrokubok çıxışlarından razı qalacaq.

- Yığmanın Qazaxıstan və Almaniyaya qarşı oyunlarından nə gözləyirsiniz?

- Biz həmişə yığmadan ancaq qələbə gözləyirik. Sizin kimi.

- Oyunu “Fenerbahçe” prezidenti Əziz Yıldırımla birgə izlədiniz.

- Bəli. O, öz gəlişi ilə bizi çox sevindirdi. Əziz Yıldırım bizə yaxın adamdı. Bizim birgə gələcək əməkdaşlıq haqqında müştərək planımız var.

- Qarşıda Azərbaycan futbolunun yüzilliyi mərasimi var. Təntənəli axşamda kimləri görə bilərik?

- FIFA prezidenti Zepp Blatter, UEFA rəhbəri Mişel Platini, çox hörmətli qonaqlar olacaq. Hamısının adını çəkməyəcəm. Amma bilin ki, biz hər şeyi yüksək səviyyədə keçirmək istəyirik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi