Axşam saat 10-dan 2 rayonda su kəsiləcək

axsam-saat-10-dan-2-rayonda-su-kesilecek
Oxunma sayı: 2977

“Azərsu” əhaliyə xəbərdarlıq edib.

"Qafqazinfo" xəbər verir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 17 dekabr 2018-ci il tarixində saat 22:00-dan etibarən Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.