Axtarışda idi, yaxalandı...

axtarisda-idi-yaxalandi
Oxunma sayı: 649

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Cəfər Cəfərov, Qorxmaz Əzizov, Xanış Mürsəlov və Elmin Məmmədov ötən gün yaxalanıblar.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə dünən AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Emin Mansurov yaxalanıb. Elə dələduzluq maddəsi ilə əvvəllər məhkum olunmuş Rzamin Həşimov da Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən saxlanılıb.