Axtarışda olan 23 insan alverçisi hələ də azadlıqdadır

axtarisda-olan-23-insan-alvercisi-hele-de-azadliqdadir
Oxunma sayı: 1549

Ötən il Azərbaycanda insan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işinin 28-nin istintaqı yekunlaşıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, istintaqı yekunlaşan cinayət işi üzrə 33 şəxs təqsirləndirilən şəxs qismində məhkəmə məsuliyyətinə verilib. Onlardan 25-i qadın, 8-i isə kişidir.

Həmin şəxslərdən 29-u barəsində ittiham hökmü çıxarılaraq 23 nəfər şərti məhkum edilib, 5 nəfər azadlıqdan məhrum edilib, 1 nəfər barədə olan hökmün icrası təxirə salınıb.

İnsan alveri cinayətləri törətdiyinə görə barəsində axtarış elan olunan 55 təqsirləndirilən şəxsdən 32-si tutulub, o cümlədən 2 nəfərin barəsində İnterpol vasitəsilə axtarış elan edilərək yeri müəyyənləşdirilib. 23 nəfər isə hələ hələ də azadlıqdadır.