Axtarışda olan Ağahüseyn tutuldu

axtarisda-olan-agahuseyn-tutuldu
Oxunma sayı: 682

Yanvarın 27-si saat 08:30 radələrində Azadlıq prospektində Bakı şəhər sakini Rəşad Süleymanov idarə etdiyi «Mersedes» markalı yük maşını ilə Niyazi Ağayevi vurmuş, sonuncu aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanada ölmüşdür.

Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Eldəniz Əliyevin üzərindən 10 qramdan artıq narkotik vasitə olan həşiş, yaşadığı ünvandan isə 2 kiloqramdan artıq həşiş aşkar edilərək götürülmüşdür.

Oktyabrın 28-i 2011-ci il tarixdə, 93 saylı xətt avtobusunda Balakən rayon sakini Eyvaz Hudulovun cibindən 1030 manat oğurlanmışdır. Binəqədi RPİ CAŞ və 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Quliyev yanvarın 27-də yaxalanmışdır.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Ağahüseyn Fərəcov yanvarın 27-də yaxalanmışdır.