Axtarışda olan cüdoçu tapılmır - Foto

axtarisda-olan-cudocu-tapilmir-foto
Oxunma sayı: 900

Rayon Prokurorluğundan verilən məlumata görə, 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirən Müseyib Cəfərovu 2 aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də tutmaq mümkün olmayıb.

Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə axtarış elan olunub. Onun fotoları axtarışda olanların siyahısını daxil edilib.

M. Cəfərovun öldürdüyü Telehlə münaqişəsi "Diana" barında başlayıb. Sentyabrın 9-a kəçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov səhəri gün idarə etdiyi qara rəngli "Hyundai-Sonata" markalı avtomobillə Talehin yaşadığı evə gələrək onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Teleh qardaşına "O, tək gəlib, mən də tək gedəcəm" deyərək Müseyibin maşınına əyləşib.

İ.Qutqaşenli küçəsində maşında aparılan mübahisə zamanı M.Cəfərov tapança ilə cəmi iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.

Bir vaxtlar peşəkar idmançı kimi adından söz etdirən M.Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən "AZEL Azərbaycan Elektroniks" şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra M.Cəfərəov həbsdən azad olmağı bacarıb.