Axtarışda olan iki nəfər polisə təslim oldu

axtarisda-olan-iki-nefer-polise-teslim-oldu
Oxunma sayı: 2199

Bir neçə maddə ilə axtarışda olan Ağdam rayon sakinləri təslim olub.

"Qafqazinfo"ya DİN-dən daxil olan məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.