Axtarışda olan kişi ölkədən qaçmaq istəyirdi, sərhəddə tutuldu

axtarisda-olan-kisi-olkeden-qacmaq-isteyirdi-serhedde-tutuldu
Oxunma sayı: 1795

Bakıda axtarışda olan şəxs tutulub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Binəqədi rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Seymur Əlisahib oğlu Davudov Samur sərhəd keçid məntəqəsində ölkəni tərk etmək istəyərkən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.