Axtarışda olan oğru tutuldu - Kriminal xəbərlər

axtarisda-olan-ogru-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 697

İyulun 1-də D.Bünyadzadə küçəsində naməlum şəxs Çimnaz Hüseynovanın qızıl boyunbağısını qırıb qaçmışdır. Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Masallı rayon sakini Elşən Əhmədov isti izlərlə yaxalanmışdır.

Qaradağ RPİ Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları Culfa rayon sakini Həsən Vəlixanovdan 506 qramdan artıq narkotik vasitə olan heroin aşkar edərək götürmüşdür.

İyunun 30-da Ağstafa rayonundan itkin düşmüş Fəridə Məmmədova Bakıxanov qəsəbəsində Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən tapılaraq ərazi üzrə 13-cü PB-yə təhvil verilmişdir.

Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 29, 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluğa cəhd) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə axtarışda olan Vüsal Atakişiyev iyulun 1-də tutulmuşdur.