Axtarışda olan qadın həbs edildi - Kriminal xəbərlər

axtarisda-olan-qadin-hebs-edildi-kriminal-xeberler
Oxunma sayı: 668

Noyabrın 3-ü saat 18 radələrində Buzovna – Mərdəkan yolunda Mirzə Seyidov idarə etdiyi «Nissan» markalı avtomobillə Şükrət Qəhrəmanovu vurmuş, nəticədə piyadaçı hadisə yerində ölmüşdür.

Oktyabrın 30-da Sabunçu qəsəbəsində İbrahim Əhmədov idarə etdiyi «Otoyol» markalı avtobusla Amin İmanlını vurmuş, nəticədə piyadaçı noyabrın 3-də 3 saylı Şəhər Kliniki Xəstəxana ölmüşdür.

Binəqədi RPİ 7-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Türkan Məmmədova yaxalanmışdır.

Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Aşur Kazımov yaxalanmışdır.

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərifli küçəsində kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Mirqədir Mahmudovun yaşadığı evin həyətində yerləşən toyuq hinindən 200 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür.