Axtarışda olan Salyan sakini xəstəxanadan qaçıb

axtarisda-olan-salyan-sakini-xestexanadan-qacib
Oxunma sayı: 1024

Salyanda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən şəxs xəstəxanadan qaçıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, həmin şəxsin 2017-ci ilin dekabrında mənzildən pul oğurlamaqda şübhəli bilinən və  barəsində axtarış elan edilən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Qəmbərov Həsən Sakit oğlu olduğu müəyyənləşib.

Məlum olub ki, o, aprelin 20-də polis tərəfindən saxlanılarkən özünə bıçaqla xəsarət yetirib. Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərova tibbi yardım göstərilərək cərrahiyə şöbəsinə yerləşdirilib və o, bu gecə müəmmalı şəraitdə  xəstəxanadan qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.