Axtarışda olan saxtakar tutuldu

axtarisda-olan-saxtakar-tutuldu
Oxunma sayı: 654

Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrilə axtarışda olan Şəfi Əhmədov avqustun 15-də tutulmuşdur.

Avqustun 15-i saat 23:40 radələrində Bilgəh qəsəbəsində Rəşad Əliyev mübahisə zəminində Vasif Əliyevi bıçaqla qətlə yetirdiyinə görə Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Abbasov küçəsində kirayədə yaşayan Füzuli rayon sakini Elşən Ağayevdən 7 ədəd patronu ilə birlikdə kustar üsulla hazırlanmış naqan tipli tapança aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Hüseyn Məmmədovdan 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür.