Axtarışda olan şəxsin həyətində çətənə kolları aşkarlandı

axtarisda-olan-sexsin-heyetinde-cetene-kollari-askarlandi
Oxunma sayı: 841

Binəqədidə axtarışda olan şəxs narkotiklə tutulub. 

“Qafqazinfo” xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.