Azərbaycanın axtarışa verdiyi “Nikoil Bank”ın idarə heyətinin keçmiş sədri Vasiliy Xamaza Rusiyada saxlanılıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, federal və beynəlxalq cinayət axtarışında olan 60 yaşlı keçmiş bank sədri sentyabrın 17-də Moskvada ələ keçib. Barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, keçmiş sədrə Azərbaycanda Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb. O, 20 milyon manat mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, V. Xamaza 2005-ci ildən 2017-ci il iyul ayınadək bankın İdarə Heyətinin sədri olub