Axtarışda olanlar qaçarkən tutuldu - 17-i uşaqdır...

axtarisda-olanlar-qacarken-tutuldu
Oxunma sayı: 2864

FETÖ ilə əlaqəyə görə Türkiyədə axtaşıda olan şəxslər Yunanıstana qaçmaq istəyərkən saxlanılıblar.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən veridiyi xəbərə görə, 45 nəfər Kipr vasitəsilə Yunanıstana qaçmağa çalışıb. 

Bildirilir ki, 45 nəfərdən 19 nəfəri  kişi, 9-u qadın, 17 nəfəri isə uşaqdır. Onlar Kiprdə polis tərəfindən saxlanılaraq Girnə məhkəməsinə çıxarılıblar, barələrində 3 günlük həbs qərarı çıxarılıb.

Aysel Kərimova