Axund faciəli şəkildə öldü

Axund faciəli şəkildə öldü
Oxunma sayı: 2856

Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, dünən gecə saatlarında Salyan şəhərində fərdi yaşayış evində 1982-ci il təvəllüdlü İsmayılov Əli Əliqəm oğlu dəm qazından zəhərlənərək vəfat edib. Salyan rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib və müvafiq araşdırmalara başlanılıb.

 Virtualaz.org xəbər verir ki, vəfat edən Əli İsmayılov iki uşaq atasıdır və ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub. İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib. O, Salyan rayonunun Dayıkənd kəndinin axundu olub. Atası Hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi