“Ay bədbəxt, efirə niyə çıxırsan?”

ay-bedbext-efire-niye-cixirsan
Oxunma sayı: 649

Bu barədə “Qafqazinfo”ya eksklüziv açıqlama verən Teymur Əmrah bildirib ki, o, telekanallardan çox narazıdır: “Heç başım çıxmır, bu telekanallar səsi olmayan, oxuduğunu bilməyən, xalqımızın musiqi zövqünü korlayan müğənniləri niyə efirə buraxılar. O, adları guya ifaçı olanlara demək istəyirəm ki, ay bədbəxtlər, toy tutmaq xatirinə efirə niyə çıxırsan? Belə yaxşı toy müğənnisisənsə, elə toyda oxuyarkən toyun içindən toy tut da. Bəsdirin də millətin musiqi duyumunu məhv etdiniz”.

T.Əmrah onu da söyləyib ki, bunların hamısının günahı televiziyalarda və onlara nəzarət edən insanlardadır: “Mənə maraqlıdır ki, bu televiziyalara nəzarət edən insanlar hara baxırlar. Teleradio Şurası var. Niyə icazə verirlər belə bədbəxt ifaçılar efirlərə çıxsın. Görün nəyi bəhanə tuturlar belə səviyyəsiz mahnılar oxuyan insanlar, “Bizim xalqımız bu cür mahnıları xoşlayır”. Onlar həyasızcasına xalqımızı qınayırlar. Yox, bu yalandır, xalqımız bu mahnıları xoşlamır. İnsanlar açır telekanalları görür ki, hər yerdə səsi olmayan, bayağı oxuyan müğənnilər atlanıb-düşürlər. Onlar da düşünürlər ki, yəqin ifa, musiqi belə olmalıdır. Bu insanlara səviyyəli musiqi təqdim etmək lazımdır. Onlara səviyyəli musiqi təqdim edən yoxdur. Varsa da çox azdır. Onu da deyim ki, telekanallarımızda yaxşı verilişlərimiz də var, amma onların da sayı çox azdır”.

Aynur Babayeva