“Ay Maşallah”ı ayaqyalın oynadı - 1 milyondan çox izləyicisi var

ay-masallahi-ayaqyalin-oynadi
Oxunma sayı: 9816

Xəbər verdiyimiz kimi, 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçirilib. “Qafqazinfo” xəbər verir ki, həftənin maraqlı tədbirlərdən biri də “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olub. 

Yığıncaqda müxtəlif ölkələrdən 1 milyondan çox izləyicisi olan influenserlər (bloqqer) qatılıb. Həmin şəxslərin sosial şəbəkələrdə ümumilikdə 30 milyondan çox təqibçisi var.

Onlardan biri də əlcəzairli Şirine Butelladır. “Qlobal İnfluenser Günü”nün təşkilatçısı Vaqif Abbasov sosial şəbəkədə Bakıda tədbirdən sonra təşkil olunan Şirinenin maraqlı videosunu paylaşıb. Belə ki, o, Azərbaycan mahnısı olan “Ay Maşallah”ı ayaqyalın rəqs edib. 

Xatırladaq ki, Butellanın instaqramda 1 milyondan çox izləyicisi var.