Ay yarımlıq körpədə nadir əməliyyat

Ay yarımlıq körpədə nadir əməliyyat
Oxunma sayı: 1404

Azərbaycanda nadir rast gəlinən əməliyyatlardan biri baş tutub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı  Op.Dr.Fuad Hüseynov sosial şəbəkədə yazıb. Həkim bildirib ki, sidik kisəsi çöldə doğulmuş 1 ay yarımlıq körpə uğurla əməliyyat olunub:

“Bu, olduqca nadir yəni, 500 min qız uşağından birində rast gəlinən bir haldır. Daha öncə müraciət etdiyi bütün xəstəxanalarda əməliyyat üçün hələ tez olduğunu deyiblər. Halbuki doğulduğundan həmən sonra əməliyyat olunsaydı, daha asan olacaqdı.

Apardığımız müayinələr nəticəsində məlum oldu ki,körpənin sidik kisəsi ,sidik axarları çöldədir,sidik kanalı yoxdur,uşaqlıq yolu tamamilə bağlıdır.

Sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsildi.

Çəkisi 3 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik .Uşağın vəziyyəti hal -hazırda yaxşıdır”.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi