“Ayaks” APOEL-lə bacarmadı - Video

ayaks-apoel-le-bacarmadi
Oxunma sayı: 3278

Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran APOEL doğma azarkeşləri önündə "Ayaks"ı qəbul edib.

Kiprdə keçirilən qarşılaşma qolsuz başa çatıb - 0:0. Bundan başqa, keçirilən iki qarşılaşmada qonaq komandalar qələbəyə seviniblər.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust

APOEL (Kipr) – Ayaks (Hollandiya) 0:0

ÇFR (Kluj, Rumıniya) – Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Masopust, 28.

LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Vanaken, 10-pen.