“Ayaks” “Mançester Yunayted”ə qarşı - Yenilənir

ayaks-mancester-yunaytede-qarsi
Oxunma sayı: 1074

Bu gün Avropa Liqasının finalı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, finalda “Ayaks” və “Mançester Yunayted” üz-üzə gələcək.

Hər iki komanda kuboku başı üzərinə qaldırmaq, eyni zamanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq arzusundadı. Bu tərəflər arasında sayca 5-ci duel olacaq.

Qarşılaşma öncəsi hər iki komandanın heyətlə bağlı problemləri var. “Ayaks”da zədəli Deyli Sinkqraven və yarımfinalda qırmızı vərəqə alan Nik Virqever oynaya bilməyəcək. “Qırmızı şeytanlar”ın heyətində isə Roxo, Şou, Yanq, və İbrahimoviçin zədə, Bayi isə qırmızı vərəqə aldığından finaldan kənar qalacaq.

“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)

Matç yerli vaxtla 22:45-də başlayacaq.