“Ayaks” stadionuna Yohan Kroyffun adını verdi

ayaks-stadionuna-yohan-kroyffun-adini-verdi
Oxunma sayı: 636

Hollandiyanın “Ayaks” klubuna məxsus “Amsterdam Arena”nın adı dəyişdirilib.

“Qafqazinfo”xəbər verir ki, sözügedən stadion əfsanəvi futbolçu Yohan Kroyffun adını daşıyacaq. Stadionla yanaşı, Kroyyfun adı Amsterdamda küçə, meydan və ya körpüyə də verilə bilər. 
 
2016-cı ilin martında dünyasını dəyişən veteran futbolçu 1964-1973 və 1981-1983-cü illərdə “Ayaks”ın formasını geyib. 1986-1988-ci illərdə isə o, komandanın baş məşqçisi olub. 
 
Qeyd edək ki, "Barselona"nın B komandasının ev oyunlarını keçirdiyi stadiona da Kroffun adı veriləcəyi açıqlanıb.