“Ayaks”ın baş məşqçisi qərarını açıqladı

ayaksin-bas-mesqcisi-qerarini-aciqladi
Oxunma sayı: 1597

“Ayaks”ın hollandiyalı baş məşqçisi Erik ten Haq gələcəyi barədə danışıb. “Qafqazinfo” xəbər verir ki, adı nəhəng klublarla hallanan 49 yaşlı mütəxəssis Amsterdam klubunda qalacağını bəyan edib: 

“Adımın “Barselona”, “Bavariya”, “Çelsi” kimi klublarla hallanması gözəldir, ancaq “Ayaks”la müqaviləm var. Həm də burada yaxşı zaman keçirirəm və özümü komandada yaxşı hiss edirəm. Gələn mövsümün planlarını qururuq. Hazırda ayrılığı düşünmürəm”.

“Ayaks” Erik ten Haqın rəhbərliyi altında Çempionlar Liqasında yarımfinal mərhələsinə qədər irəliləyib. Bundan əlavə, amsterdamlılar ölkə kubokunu qazanıb və Erediviziya çempionu olub.