Ayan da Azərbaycan gözəlini seçdi- - Fotolar

ayan-da-azerbaycan-gozelini-secdi-
Oxunma sayı: 2656


“Qafqazinfo”nun məlumatına görə, “Miss Azərbaycan-2014” gözəllik yarışmasında təmsil olunan sənətçi yerli və xaricdən gələn məşhurlarla birlikdə qalibləri elan edib.  Qalib və digər nominasiyalar - sms, onlayn- səsvərmə və münsiflərin verdiyi ( 0-100 kimi) xal ilə müəyyən olunub. 

Ən çox xal yığan ”Miss Azərbaycan 2014” Cavidan Qurbanova olub. Bundan öncə tədbiri mahnı tövhəsi ilə Ayan Babakişiyeva açıb. Daha sonra münsiflər heyətinin rəhbəri Fəxriyyə Xələfova başda olmaqla, digər məhşurlar Anelya Orduxanova, Rıskul Namazbekova, Kristina Lindenblate, Amil Abbasov, Aysel Manafova, İnam Quliyev, Ayan Babakişiyeva bölümlər üzrə gözəlləri müəyyən ediblər.

Miss Azerbaijan-2014 –Cavidan Qurbanova

I Vice Miss Azerbaijan-2014 – Lalə Məmmədova

II Vice Miss Azerbaijan-2014 – Rena İmaməliyeva

Miss Baku-2014 – Liliya Qavriş

Miss Photo Model Azerbaijan-2014 – Kristina Zamir

Miss Charm Azerbaijan-2014 – Natavan Əfəndiyeva

Miss Press Azerbaijan-2014 – Əfsanə Qasımova

Miss Friendship Azerbaijan-2014 – Nil Durukan (Türkiyə)