Ayan da “Megafun”dakı partlayışda olub - Anasıyla qızı xəsarət alıb

ayan-da-megafundaki-partlayisda-olub
Oxunma sayı: 7397

“Megafun” əyləncə mərkəzində helium şarının partladığı vaxt müğənni Ayan Babakişiyeva da orada olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib.

“Yanğında mən və ailəm də orada idik. Ən yaxın rəfiqəmin özəl günü idi. Həyatımda ən dəhşətli günü yaşayıram. O partlayış nə idi? Selena, anam, mən və ən yaxınlarım xəsarət alıb. Hər kəsi möcüzə xilas etdi. Günah ora gələn animatorlarda oldu. Tək mənim balam yox, hər kəsin övladı xəsarət aldı. Xəstəxanadan evə indi gəldik. Allaha çox şükür deyirəm”, deyə Babakişiyeva şəxsi İnstaqram hesabında paylaşım edib.