Ayan insanlardan qorxur

ayan-insanlardan-qorxur
Oxunma sayı: 1648


“Qafqazinfo”nun məlumatına görə, ailəsindən söhbət açan müğənni anasının ona verdiyi məsləhətlərindən danışıb: “Anam həmişə mənə deyir ki, insan dünyasını dəyişir, onun ruhundan qorxma, sənə heç nə etməz. Heyvanlardan da qorxma. İnsanlardan qorx, yalnız onlar sənə pislik edə bilərlər. İndi anamın sözünə qulaq asıram. İnsanlardan sığortalanmamışıq, ən yaxınımız elə bir hərəkət edir ki, məəttəl qalırsan. Məsəl var: dostlarımın sayını azaltdım, gördüm düşmənlərimin sayı da azaldı. Bu sırf mənim həyatıma aiddir. İndi isə həyatımın mərkəzində qızım Selenadır”. 

İfaçı daha sonra imicindən də söhbət açıb: “Hər zaman fərqli fotosessiyalar etdirmişəm. Geyimimə, makiyajıma xüsusi diqqət edirəm. Adi həyatda makyajdan istifadə etmirəm. Bir gün makyajsız efirə çıxacam. Bilmək istəyirəm, camaat necə reaksiya göstərəcək. Sadə formada efirə çıxmağa utanıram. Uşağa oxşayıram”.