Ayan qəza görüntülərini paylaşdı - Video

ayan-qeza-goruntulerini-paylasdi
Oxunma sayı: 4115

Xəbər verdiyimiz kimi, müğənni Ayan Babakişiyevanın qardaşı Samir Türkiyədə ağır qəzaya düşüb. 

“Qafqazinfo”nun məlumatına görə, sənətçi instaqram səhifəsində qəzadan sonra çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb.

Ayan həmin paylaşıma “Allah qoruyub, heç nə deyə bilmərəm” –şərhini yazıb. 

Kadrlardan görünür ki, Samir Babakişiyevin idarət etdiyi avtomobil tanınmaz hala düşüb. 

Qeyd edək ki, ifaçının qardaşının vəziyyəti ağırdır.