Ayaqları məşhur modeli gecənin ulduzu etdi - Fotolar

Ayaqları məşhur modeli gecənin ulduzu etdi
Oxunma sayı: 4469

Ötən gün Nyu-Yorkda Qarri Rossun çəkdiyi "Ocean's 8" filminin qala gecəsi keçirilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qala gecəsinə qatılanlar arasında braziliyalı model Adriana Lima da olub. Model qara və uzun yarıqlı libası ilə qırmızı xalının ulduz qonağına çevrilib. Tez-tez uzun ayaqlarını nümayiş etdirən Lima bu hərəkətləri ilə Hollivud ulduzu Ancelina Colini xatırladıb.

Belə ki, Colinin 2012-ci ildə "Oskar" mükafatlandırma mərasimində qara yarıqlı libasla ayaqlarını nümayiş etdirməsindən sonra məşhurlar arasında bu, trendə çevrilib. 









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi