“Ayaqqabı ölçümü də soruşa bilərsiniz” - Yıldırımdan İmamoğluna atmaca

“Ayaqqabı ölçümü də soruşa bilərsiniz”
Oxunma sayı: 1299

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizəd Binəli Yıldırım canlı efir vasitəsi ilə bir sıra açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, onun çıxışı “A Haber”, “ATV”, “A News” və “A2” ekranlarında ortaq yayımlanıb.

Yıldırım opponenti Əkrəm İmamoğlunun “Binəli Yıldırım ortaq canlı yayıma çıxmazdan əvvəl sualları istəyib” ittihamlarına cavab verib:

“Mənim sual istəmək kimi adətim yoxdur. Hətta istədiyinizi soruşun dedim. Zehnim çox aydındır. Bildiyimə cavab verərəm, bilmədiyimə də “bilmirəm” deyərəm. Həmin şəxs yalan söylədi. Yalanı da, xətanı da qəbul etmək böyüklükdür. Bilinməyən moderatordan mən necə sual istəyə bilərəm? İmamoğluna tövsiyə edirəm, sakit olsun. Hikkəyə nəzarət önəmlidir. Jurnalistlərə heç bir sual məhdudiyyəti qoymaram. Ayaqqabı ölçümü də soruşa bilərsiniz”.

Qeyd edək ki, İmamoğlu ilə Yıldırım iyunun 16-da canlı yayımda görüşəcəklər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi