Ayaqqabı qutusunda saxlanılan Çin vazası 16,2 milyona satıldı - Foto

ayaqqabi-qutusunda-saxlanilan-cin-vazasi-162-milyona-satildi
Oxunma sayı: 2829

Fransada illərlə evin çardağında ayaqqabı qutusunda saxlanılan Çin vazası hərracda 16,2 milyon avroya satılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, təsadüfən tapılan sənət əsəri XVIII əsrə aid olub. Parisdə "Sotheby" muzeyində təşkil edilən hərrac zamanı vazanın 500-700 min avroya satılacağı gözlənilsə də, rekord məbləğə alıcı tapıb.

Muzeyin Asiya sənəti üzrə mütəxəssisi Olivier Valmer açıqlamasında vazanı nadir tapıntı adlandıraraq, 1736-1795-ci illərdə hakimiyyətdə olan imperator Çianlonqa aid olduğunu deyib.